Laudrup İngiltərəyə qayıtmaq istəyir
26.05.2015 - 17:57
Laudrup İngiltərəyə qayıtmaq istəyir

“Suonsi”nin sabiq baş məşqçisi Mikael Laudrup yenidən İngiltərə Premyer Liqasında işləmək arzusundadı. Apasport.az saytı xəbər verir ki, danimarkalı çalışdırıcının adı müxtəlif klublarla birgə hallanır.

 

Belə ki, “Nyukasl”, “Vest Hem” və “Kristal Pelas” Laudrupla danışıq aparır. Hər 3 klub təcrübəli mütəxəssislə müqavilə bağlamaqla maraqlıdı.

 

Hazırda fəaliyyətini Qətərdə davam etdirən Laudrupun hansı qərar verəcəyi maraq doğurur. O, ingilis klublarından biri ilə anlaşsa, çempion etdiyi “Lexviya” komandasından ayrılacaq. 

0