“Mourinyo orda olduğu müddətdə “Çelsi”yə dönməyəcəm”
27.05.2015 - 19:10
“Mourinyo orda olduğu müddətdə “Çelsi”yə dönməyəcəm”

“Volfsburq”un futbolçusu Kevin De Brün müqavilə ilə məxsus olduğu “Çelsi”yə dönmək haqında suallara aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, belçikalı futbolçu İngiltərəyə qayıtmaqdan qorxmadığını, ancaq hələ “zadəganlar”ın sırasına qayıtmaq istəmədiyini deyib:

 

“Almaniya Bundesliqası mənim çox xoşuma gəlir. Əlbəttə, mən nə İngiltərəyə dönməkdən, nə də İspaniyada oynamaqdan çəinmirəm. Nə vaxtsa “Çelsi”yə dönərəm bəlkə, ancaq nə qədər ki, Mourinyo ordadır bu mümkün olmayacaq”.

 

Xatırladaq ki, De Brün bu mövsüm Bundesliqada 34 oyuna çıxıb. 24 dəfə məhsuldar ötürmə verən futbolçu 10 dəfə də komandasını qolla sevindirib.

0