[b]Autsayder üçün təsəlli[/b]
28.05.2015 - 22:27
[b]Autsayder üçün təsəlli[/b]

Bu gün başa çatan Topaz Premyer Liqasının ən məhsuldar futbolçularının siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sonuncu pilləni tutan “Bakı”nın futbolçusu Nurlan Novruzov çempionatın bombardiri titulunu qazanıb.

Autsayderin təsəllisi olan hücumçu ən yaxın izləyicisi Draqan Çeranı 1 qol qabaqlayıb. Son turda dubl müəllifi olan Məhəmməd Qurbanov isə 13-cü qolunu vurub. Freddi Mombonqoya çatıb.

Ümumilikdə isə cari mövsümdə 8 futbolçu 10 və daha çox qol vurmağı bacarıb.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində ikinci dəfə aşağı dəstəyə yuvarlanan komandanın üzvü bombardir tituluna qovuşub. İndiyədək buna “Standard”da çıxış etdiyi vaxt Fərid Quliyev nail olub.

 

Topaz Premyer Liqası: 10 və daha çox qol vuranlar

 

yer

futbolçu

qol

oyun

penaltidən

1

Nurlan Novruzov

15

30

5

2

Draqan Çeran

14

25

4

3

Freddi Mombonqo

13

28

0

4

Məhəmməd Qurbanov

13

29

2

5

Nikolas Kanales

11

28

1

6

Cavid Hüseynov

11

29

6

7

Reynaldo Silva

10

23

1

8

Corc Leroy

10

27

0

0