[b]AZAL-ın futbolçusundan rekord[/b]
28.05.2015 - 23:43
[b]AZAL-ın futbolçusundan rekord[/b]

Topaz Premyer Liqasının 2014/15 mövsümündə ən çox oyun keçirən futbolçu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu gün başa çatan çempionatın rekordçusu AZAL-n futbolçusu Laşa Kasradzedi.

 

Gürcüstanlı legioner mövsümdə 32 oyun keçirən yeganə futbolçudu. O, komandasının bütün matçlarında iştirak edib.

 

Lakin 2014/15 mövsümündə əvəzolunmaz futbolçu qeydə alınmayıb. Belə ki, bütün oyunlarda iştirak edən yeganə oyunçu bəzi qarşılaşmalarda əvəzlənib. Laşa 32 matçda 2456 dəqiqə meydanda olub.

0