“Barselona”ya qalib gəlmək üçün səhv etməməlisən”
29.05.2015 - 08:40
“Barselona”ya qalib gəlmək üçün səhv etməməlisən”

“Barselona” dünyanın ən güclü komandasıdı. Xüsusilə, hücum “trio”su olduqca güclüdü”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Yuventus”un argentinalı hücumçusu Karlos Tevez deyib.

 

Çempionlar Liqasının finalında “Barselona” ilə qarşılaşacaq Turin klubunun futbolçusu rəqibin gücündən ehtiyatlanır. Tevez bildirib ki, kataloniyalıları məğlub etmək üçün səhvsiz oynamalıdılar: “Barselona” ümumi olaraq, güclüdü. Onlarla qarşılaşırsansa, heç bir səhv etməməlisən. O ki qaldı Messiyə, biz onunla yığmada komanda yoldaşıyıq. Amma bunun dəxli yoxdu. Mən Çempionlar Liqasının qalibi olmaq istəyirəm”.

 

Qeyd edək ki, “Yuventus” – “Barselona” qarşılaşması iyunun 6-da keçiriləcək.

 

 

0