[b]“Qəbələ”də 3-ü getdi, 3-ü qaldı[/b]
29.05.2015 - 15:02
[b]“Qəbələ”də 3-ü getdi, 3-ü qaldı[/b]

Topaz Premyer Liqasının bürünc mükafatçısı “Qəbələ” mövsüm başa çatar-çatmaz heyətində “təmizləmə işləri”nə başlayıb. Klubun meneceri Səbuhi Səfiyarlı apasport.az saytına açıqlamasında bu gün daha 3 futbolçu ilə yollarını ayırdıqlarını deyib.

 

Daha öncə Adrian Ropotan, Aleksandru Benqa, Viktor Mendi və Pavol Farkaşla vidalaşan “qırmızı-qaralar” qış fasiləsində komandaya cəlb edilən Mixail Sivakov və Ruslan Fomin, həmçinin Bəxtiyar Soltanovla da yeni müqavilə imzalamayıb. Adıçəkilən oyunçular artıq azad agent statusuna malikdilər.

 

Aparıcı futbolçuları komandada saxlamağa çalışan “Qəbələ” rəhbərliyi bu baxımdan da ilk addımını atıb. Anlaşması başa çatan daha 3 oyunçu ilə bağlı qərar verilib. Belə ki, Aleksey Qay, Dmitri Bezotosnı və Rikardinyo ilə yeni birillik müqavilə imzalanıb.

 

Səbuhi Səfiyarlı onu da əlavə edib ki, Ruslan Abışov və Rəşad Sadiqovun komandada qalıb-qalmayacağına da bu gün aydınlıq gələcək. 

0