[b]“Xəzər Lənkəran”ın hücumçusu “Sumqayıt”da![/b]
29.05.2015 - 15:30
[b]“Xəzər Lənkəran”ın hücumçusu “Sumqayıt”da![/b]

“Xəzər Lənkəran” mövsüm başa çatan kimi, bir futbolçu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, hücumçu Ağabala Ramazanov “ağ-yaşıllar”la vidalaşıb.

 

Bunu saytımıza açıqlamasında 22 yaşlı forvard özü deyib. O, hətta yeni komandasının adını da söyləyib. Gənclər millimizin sabiq üzvü gələn mövsümdən “Sumqayıt”ın formasını geyinəcək: “Xəzər Lənkəran”la müqavilə müddətim başa çatdı. Klubdan yeni təklif gəlməyincə, ordan ayrıldım. Düzdü, 1-2 klubdan təklif var. Amma “Sumqayıt”la görüşmüşəm və artıq ilkin razılıq əldə olunub. Yəqin ki, bu komanda ilə bir illik müqavilə bağlayacam”.

 

Qeyd edək ki, Ağabala Ramazanov “Xəzər Lənkəran”a 2012-ci ildə “Neftçi”dən keçmişdi.

0