“Zlatev Azərbaycan klubuna keçidimə əngəl oldu”
30.05.2015 - 10:54
“Zlatev Azərbaycan klubuna keçidimə əngəl oldu”

“Klubun icraçı direktoru Tervel Zlatevlə problemim olub. Ötən ilin yayında yaxşı təklif almışdım. Azərbaycan klubu məni heyətinə qataq istəyirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri son mövsümü Bolqarıstanın “Botev” klubunda keçirən polşalı qapıçı Adam Staxovyak deyib.

 

O bildirib ki, klub rəhbərliyindən narazılığını əsası hələ 2014-cü ilin yayında qoyulub. Həmin vaxt klubun icraçı direktoru Tervel Zlatev futbolçunun Azərbaycana keçidinə imkan verməyib: “Lakin “transfer pəncərəsi”nin bağlanmasına cəmi 5 gün qalmışdı. Azərbaycan təmsilçisi məni azar agent kimi əldə etmək niyyətində idi. Mən klub rəhbərliyi ilə danışıqlar apardım. Hələ almadığım maaşım və Avropa Liqasında çıxış üçün verilməli olan mükafatın əvəzinə transfer vərəqmi istədim. Zlatev mənə 100 min avro qiymət qoydu. Bununla da Azərbaycana keçidimə əngəl oldu. Həmin klub bu üzdən məni heyətinə qatmaq istəyindən imtina etdi”.

 

Qeyd edək ki, Staxovyak vaxtilə Polşanın U-21 yığmasında çıxış edib.

0