[b]Bakı-2015: Yığmamız qrup sonuncusu oldu[/b] - YENİLƏNİB
22.06.2015 - 21:51
[b]Bakı-2015: Yığmamız qrup sonuncusu oldu[/b] - YENİLƏNİB

Bu gün Bakı-2015 I Avropa Oyunlarında kişi voleybolçuların qrup mərhələsinin son oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması da son qarşılaşmasına çıxıb.

 

Keçirdiyi ilk 4 matçın hamısında məğlub olan millimiz son turda ilk “dördlüy”ə düşməyi təmin edən Türkiyə ilə üz-üzə gəlib. Bu oyunun nəticəsindən asılı olmayaraq, mübarizəni dayandıracağı rəsmiləşən yığmamız növbəti xalı qazanmağa nail olub.

 

Belə ki, ilk iki seti uduzan millimiz hesabı bərabərləşdirərək, oyunu tay-brekə daşıya bilib. Həlledici hissədə uduzan komandamız 2:3 hesabı ilə yenilsə də, 1 xal əldə edib.

 

A qrupunda 1/4 finala vəsiqələri Fransa, Polşa, Serbiya və Türkiyə qazanıb. B qrupunda isə Almaniya, Rusiya, Bolqarıstan və Slovakiya 1/4 finala yüksəlib.

 

Voleybol, 22 iyun

Kişilər

 

A qrupu

Polşa – Finlandiya - 3:0 (25:21, 25:20, 25:10)

Fransa – Serbiya - 3:2 (21:25, 17:25, 25:23, 25:18, 15:11)

Türkiyə - Azərbaycan - 3:2 (25:18, 25:17, 22:25, 21:25, 20:18)

 

1.

Polşa

5

5

0

15-6

464-401

12

2.

Fransa

5

4

1

14-5

431-381

12

3.

Türkiyə

5

3

2

11-9

449-414

9

4.

Serbiya

5

2

3

11-9

430-419

8

5.

Finlandiya

5

1

4

3-14

334-403

2

6.

Azərbaycan

5

0

5

4-15

356-446

2

 

B qrupu

Belçika – Almaniya - 0:3 (22:25, 11:25, 21:25)

Bolqarıstan – Slovakiya - 3:0 (25:14, 25:17, 25:19)

İtaliya – Rusiya - 0:3 (17:25, 15:25, 30:32)

 

1.

Almaniya

5

4

1

13-3

391-330

12

2.

Rusiya

5

4

1

13-5

438-384

12

3.

Bolqarıstan

5

4

1

12-7

445-406

11

4.

Slovakiya

5

2

3

7-11

378-427

6

5.

Belçika

5

1

4

6-14

391-461

3

6.

İtaliya

5

0

5

4-15

421-456

1

 

0