[b]“Məqsədim Azərbaycan bayrağını qaldırmaqdı” - Xaybula Musalov[/b]
21.06.2015 - 20:58
[b]“Məqsədim Azərbaycan bayrağını qaldırmaqdı” - Xaybula Musalov[/b]

“Fransadan olan rəqibim güclü idi və özünəməxsus strategiyası vardı. Həm də yaxşı müdafiə olunurdu. Buna baxmayaraq, yaxşı döyüşdüm və qalib gəldim”. Bunu apasport.az saytına Azərbaycanın boks yığmasının üzvü Xaybula Musalov deyib.

 

Bakı-2015 I Avropa Oyunlarında 75 kq çəki dərəcəsində fransız Kristian Haller-Assomo Mbillini məğlub edərək, 1/4 finala vəsiqə qazanan Musalov bildirib ki, hədəfi Azərbaycan bayrağını qaldırmaqdı: “Azərbaycanı təmsil etməkdən qürur duyuram. Azərbaycan mənə çox şey verib. Digər tərəfdən, azarkeşlərə təşəkkür edirəm. Onlar yaxşı dəstək oldular və bu, mənə əlavə güc verdi. Məqsədim Azərbaycan bayrağını qaldırmaqdı. Bunun üçün dövlət himnini öyrənməyə çalışacam”.

 

Qeyd edək ki, Xaybula Musalov 1/4 finalda belaruslu Vitali Bandarenka ilə qarşılaşacaq. Döyüş iyunun 24-də keçiriləcək.

0