[b]“Onlar mənə ikinci anadılar” [/b]– [b]Avropa Oyunlarının dördqat çempionu[/b]
22.06.2015 - 09:02
[b]“Onlar mənə ikinci anadılar” [/b]– [b]Avropa Oyunlarının dördqat çempionu[/b]

“Yarışdan sonra bütün gücüm tükənməyib. Təbii ki, səhvlərsiz mümkün deyil. Çıxışların ideal alınması üçün fövqəltəbii yarışmaq lazımdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri I Avropa Oyunlarının dördqat çempionu Yana Kudryavtseva deyib.

 

Ölkəsinin mətbuatına açıqlamasında ona dəstək olan şəxslərə təşəkkür edən rusiyalı gimnast məşqçilərini tərifləyib: “Mənə dəstək olan hər kəsə - məşqçilərə, azarkeşlərə, komanda yoldaşlarıma, Rusiya yığmasının bütün idmançılarına minnətdaram. Etiraf edim ki, lentlə hərəkətlərdə bir qədər “boşaldım”, ancaq məşqçim məni vaxtında ayıltdı. Yelena Karpuşenko öz işinin peşəkarıdı. O və İrina Aleksandrovna mənim üçün ikinci anadılar. Ailəmdən çox onların yanında oluram. Valideynlərimlə isə ancaq istirahət günlərində görüşürəm”.

 

Kudryavtseva bildirib ki, karyerasını bu tempdə davam etdirmək istəyir: “Bütün idmançılar peşəkar karyeraları üçün çox şeydən imtina etməli olurlar. Sağlamlığım imkan verdiyi qədər bədii gimnastika ilə məşğul olacam. Azarkeşlərə sevinc və təbəssüm bəxş etmək xoşuma gəlir“.

 

0