[b]“Sonuncu raundda yorğun idim” – Elvin Məmişzadə[/b]
22.06.2015 - 19:28
[b]“Sonuncu raundda yorğun idim” – Elvin Məmişzadə[/b]

“Döyüş çətin keçdi. Rəqibim fiziki cəhətdən çox güclü idi”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan boksçusu Elvin Məmişzadə deyib.

 

I Avropa Oyunlarında 52 kq çəki dərəcəsində çıxış edən idmançımız uğurlu çıxışını davam etdirir. 1/8 finalda irlandiyalı Keysi Maylsi,  1/4 finalda isə bolqarıstanlı Daniel Asenovu məğlub edən Məmişzadə yarımfinala vəsiqə qazanmaqla, ən azı bürünc medalı özünə təmin edib.

 

1/4 finaldakı görüşü ilə bağlı danışan boksçumuz çempion olmaq üçün əlindən gələni edəcəyini bildirib: “Sonuncu raundda yorğun idim. Buna baxmayaraq, qalib gəldim və yarımfinala keçdim. Çalışacağam ki, bütün görüşlərimdə qələbə qazanaraq, bayrağımızı yüksəldim. İlk Avropa Oyunları olduğundan, qızıl medal qazanaraq tarixə düşmək lazımdı”.

0