[b]Bakı-2015: Yığmalarımızdan fərqli nəticə - 2 qələbə, 1 məğlubiyyət [/b] - YENİLƏNİB
23.06.2015 - 21:11
[b]Bakı-2015: Yığmalarımızdan fərqli nəticə - 2 qələbə, 1 məğlubiyyət [/b] - YENİLƏNİB

Bu gün Bakı-2015 I Avropa Oyunlarında daha bir idman növünə start verilib. Apasport.az saytının məlumatına görə, qadın və kişilərdən ibarət yığma komandalar arasında basketbolun 3X3 növündə qrup oyunları başlayıb.

 

Azərbaycanın kişilərdən ibarət komandası D qrupunda mübarizə aparır. Komandamız bu gün iki oyun keçirıb. Öncə Çexiya ilə qarşılaşan yığmamız rəqib üzərində çətin qələbə qazanlb. Basketbolçularımız günün son matçında qrupdakı digər rəqibi İsveçrəni də məğlubiyyətə uğradıb.

 

Qadın basketbolçularımız isə A qrupunda yer alır. Qadınlar günü 1 oyunla yekunlaşdırıblar. Lakin kişilərdən fərqli olaraq, qadınlarımız yarışa məğlubiyyətlə start götürüblər. Komandamız İsveçrəyə uduzub.

 

Qeyd edək ki, həm kişilərin, həm də qadınların yarışında 16 komanda 4 qrupda mübarizə aparır. Sabah keçiriləcək oyunlarla qrup mərhələsinə yekun vurulacaq.

 

 

3X3 basketbol

23 iyun

 

Kişilər

A qrupu

Sloveniya – İsrail - 16:7

Litva – Rumıniya - 16:15

İsrail – Litva - 12:19

 

B qrupu

Rusiya – Belçika - 21:12

Türkiyə - İspaniya - 9:19

Belçika – Türkiyə - 21:20

 

C qrupu

Estoniya – Yunanıstan - 16:19

İtaliya – Serbiya - 14:21

Yunanıstan - İtaliya - 11:9

 

D qrupu

Andorra – İsveçrə - 16:10

Azərbaycan – Çexiya - 17:14

İsveçrə - Azərbaycan - 9:17

 

Qadınlar

A qrupu

Hollandiya – Yunanıstan - 8:13

İsveçrə - Azərbaycan - 15:11

Yunanıstan – İsveçrə - 16:18

 

B qrupu

Çexiya – Ukrayna - 11:15

Türkiyə - Belçika - 9:19

Ukrayna – Türkiyə - 19:11

 

C qrupu

Slovakiya - İspaniya - 6:14

İrlandiya – Sloveniya - 10:14

Slovakiya – Sloveniya - 15:9

 

D qrupu

Rumıniya – Litva - 12:14

İsrail – Rusiya - 5:21

Litva - İsrail - 18:9

0