Bakı-2015: “İdmanın belə dəstəklənməsi digərləri üçün nümunə olmalıdı”
23.06.2015 - 13:32
Bakı-2015: “İdmanın belə dəstəklənməsi digərləri üçün nümunə olmalıdı”

“Azərbaycanlı rəqibimin yerli azarkeşlər tərəfindən dəstəklənməsi yaxşı oldu. Mən zaldakı istənilən səsə sakit yanaşıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin samboçusu Artyom Osipenko deyib.

 

Bakı-2015 I Avropa Oyunlarının çempionu Azərbaycandakı azarkeş dəstəyindən məmnun qalıb.

 

+100 kq çəki dərəcəsində çıxış edən Osipenko Rusiya mətbuatına müsahibəsində həmyerlimiz Vasif Səfərbəyova qarşı keçirdiyi final oyununda gördüyü möhtəşəm azarkeş dəstəyinin nümunəvi olduğunu vurğulayıb: “Azərbaycanda belə miqyaslı yarış ilk dəfə keçirilir. Bu üzdən insanların Avropa Oyunlarına marağı başadüşüləndi. Onlar öz idmançılarına azarkeşlik edir. İdmanın belə dəstəklənməsi digərləri üçün nümunə olmalıdı. Azərbaycan publikasının azarkeşlik etməsi xoşuma gəldi. Onlar sonadək ədəb və nəzakətlərini də saxlayırdı. Vasif Səfərbəyova qalib gələndə, azərbaycanlılar da məni alqışlayırdı”.

 

0