“Bakıya havayı qızıl medal dalınca getməmişdim” – Viktor Lebedev
23.06.2015 - 15:30
“Bakıya havayı qızıl medal dalınca getməmişdim” – Viktor Lebedev

“Açığı, həmin davanın necə baş verdiyini görmədim. Bir tərəfdən, özümü o epizodda təsəvvür edirəm. Mənə də zərbə vurulsaydı, hər kişi kimi cavab qaytarardım. Ancaq digər tərəfdən, məşqçilər, komanda və azarkeşlər qarşısındakı məsuliyyətim məni saxlayardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri I Avropa Oyunlarının qızıl mükafatçısı Viktor Lebedev deyib.

 

57 kq çəki dərəcəsində Avropa Oyunlarının qalibi olan rusiyalı sərbəst güləşçi ölkəsində mətbuat konfransı keçirib.

 

Həmin çəki dərəcəsində keçirilən digər yarımfinal görüşündə belaruslu Vladislav Andreyevlə gürcü Vladimir Xinçenqaşvili arasında dava düşmüşdü. Nəticədə hər iki idmançı cəzalandırılmış, onların ¼ finalda məğlub etdikləri rəqibləri isə öz aralarında görüş keçirərək, digər finalçının adını müəyyənləşdirmişdilər.

 

Bununla bağlı danışan Lebedev maraqlı fikir səsləndirib. İkiqat dünya çempionu bildirib ki, final baş tutmasaydı, bu onun üçün yaxşı xəbər olmayacaqdı: “Onlar barədə artıq rəy bildirmək istəmirəm. Hakimlərin həmin dava ilə bağlı hansı qərar verəcəyi mənim üçün maraqlı deyildi. Təbii ki, finalın baş tutmasını, qızıl medallara döyüşüb, sahib çıxmağı istəyirdim. Axı mən havayı qızıl medal dalınca getməmişdim”.

 

0