[b]Bakı-2015: I Avropa Oyunlarında XIII gün[/b]
23.06.2015 - 23:00
[b]Bakı-2015: I Avropa Oyunlarında XIII gün[/b]

Bakı-2015 I Avropa Oyunlarının XIII günündə 7 idman növü üzrə yarışlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu gün yalnız üzgüçülük və qılıncoynatmada mükafatçılar müəyyənləşəcək.

 

10 dəst medaldan 8-i üzgüçülərin, 2-si qılıncoynadanların payına düşəcək. İndiyədək Avropa Oyunlarında 163 mükafat dəsti sahibini tapmışdısa, bu rəqəm 173-ə çatacaq.

 

Bu gün çimərlik futbolunda mübarizəyə start veriləcək. Boks, badminton, voleybol və basketbolun 3x3 növü üzrə yarışlarda növbəti qarşılaşmalar baş tutacaq. Voleybolçular yarımfinalçıları müəyyənləşdirəcəksə, boksda bəzi finalçıların adları bəlli olacaq. Badmintonçularla basketbolçular isə qrup mərhələsini davam etdirəcək.

 

24 iyun

 

09:00. Badminton

Qrup mərhələsi, III tur

Bakı İdman Zalı

 

09:00. Qılıncoynatma

Kişilər, şpaqa

Qadınlar, rapira

Bakı Kristal Zalı

 

09:30. Üzgüçülük

Bakı Su İdmanı Mərkəzi

 

12:30. Boks

1/4 final

Qadınlar, 60 kq

Kişilər, 75 kq, 91 kq

Yarımfinal

Qadınlar, 51 kq, 75 kq

Kişilər, 49 kq, 81 kq

Bakı Kristal Zalı

 

13:00. Voleybol

Kişilər, 1/4 final

Bakı Kristal Zalı

 

15:00. Voleybol

Kişilər, 1/4 final

Bakı Kristal Zalı

 

15:30. 3x3 Basketbol

Qrup mərhələsi

Basketbol Arenası

 

16:00. Çimərlik futbolu

Qrup mərhələsi, I tur

Çimərlik Arenası

 

19:00. Voleybol

Kişilər, 1/4 final

Bakı Kristal Zalı

 

21:00. Voleybol

Kişilər, 1/4 final

Bakı Kristal Zalı

0