[b]“Qalib gəldiyimə əmin idim” - Abdulqadir Abdullayev[/b]
23.06.2015 - 21:43
[b]“Qalib gəldiyimə əmin idim” - Abdulqadir Abdullayev[/b]

“Oyunun əvvəli mən gözlədiyim kimi yaxşı keçdi”. Bunu apasport.az saytına Azərbaycan millisinin boksçusu Abdulqadir Abdullayev deyib.

 

Bakı-2015 I Avropa oyunlarında 91 kq çəki dərəcəsində 1/4 final mərhələsində fransalı Pol Bionqolo Omba ilə döyüşən boksçumuz rəqibini məğlub edərək, yarımfinala adını yazdırıb.

 

İdmançımız görüşdən sonra rəqibi ilə arasında baş verən xoşagəlməz hadisəyə də aydınlıq gətirib. O bildirib ki, hər bir döyüşdə olduğu kimi, bu dəfə də görüşdən sonra rəqibimin əlini sıxmaq istəyib: “Ona qarşı hörmət hissi ilə yanaşdım. Fransalı isə öz narazılığını bildirdi ki, guya o qalib gəlib. Mən ikinci dəfə onun əlini sıxmaq istədim, o da dönüb getdi. Elə bilirdi ki, mənim üzərimdə qələbə qazanıb. Mən isə qalib gəldiyimə əmin idim. Ümumiyyətlə, hər bir idmançı hesab edir ki, qalib odu”.

 

Qeyd edək ki, Əbdülqadir Abdullayev yarımfinalda Sadam Maqomedovla (Rusiya) gücünü yoxlayacaq. Final uğrunda görüş iyunun 26-da keçiriləcək.

0