[b]“Neftçi”nin Avropa Liqasındakı oyunlarının yeri dəyişdirildi[/b]
24.06.2015 - 07:43
[b]“Neftçi”nin Avropa Liqasındakı oyunlarının yeri dəyişdirildi[/b]

“Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsindəki oyunlarının yeri dəyişdirilib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin Monteneqronun “Mladost” klubu ilə ilk oyunu səfərdə deyil, Bakıda baş tutacaq.

 

Bu görüş iyulun 2-də keçiriləcək. Ayın 9-da baş tutacaq cavab matçı isə Monteneqroda oynanılacaq.

 

Buna digər Bakı klubu “İnter”in də iyulun 9-da evdə oynamasıdı. Bakılılar həmin gün eyni turnirdə Albaniya təmsilçisi “laçi” ilə qarşılaşacaq. Dəyişiklik UEFA-nın bir gündə eyni şəhərdə 2 avrokubok matçı keçirilə bilməməsi ilə bağlı tələbinə əsasən gerçəkləşdirilib.

0