[b]Azərbaycan çempionu: Məğlub olsaydıq, əllərimi kəsəcəkdim[/b]
24.06.2015 - 07:55
[b]Azərbaycan çempionu: Məğlub olsaydıq, əllərimi kəsəcəkdim[/b]

“Hər iki komanda üçün bu oyun çətin idi, lakin mən oyundan həzz aldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadınlardan ibarət Polşa millisinin voleybolçusu Katarjina Skovronska deyib.

 

“Rabitə” klubu ilə 2 dəfə Azərbaycan çempionu olub, Çempionlar Liqasının finalçısı olan polşalı Bakı-2015 I Avropa Oyunlarının 1/4 final mərhələsinin Almaniya ilə qarşılaşması haqda fikirlərini açıqlayıb: “Mən üçüncü və dördüncü setdə olduqca əsəbi idim. Hətta qalib gəlməsəydik əlimi plastik bıçaqla kəsəcəyimi düşünürdüm. Mən səhv oynadığımıza görə çox hirslənmişdim. Buna görə də biz mübarizəni beşinci mərhələyə qədər daşımalı olduq”.

 

Qeyd edək ki, 3:2 hesabı ilə qalib gələn Polşa yarımfinalda Serbiya ilə qarşılaşacaq.

 

 

Mənbə: baku2015.com

0