Bakı-2015: "Məğlubiyyətin səbəbi rəqibin güclü olması idi" - Nəzakət Xəlilova
24.06.2015 - 10:04
Bakı-2015:  "Məğlubiyyətin səbəbi rəqibin güclü olması idi" - Nəzakət Xəlilova

“Çox sevindiricı haldı ki, sambo idman növü bu Oyunların təqviminə salındı”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycanın qadınlardan ibarət sambo yığmasının üzvü Nəzakət Xəlilova deyib.

 

Bakı-2015 I Avropa Oyunlarında 52 kq çəki dərəcəsində mübarizə aparan və yalnız finalda məğlub olaraq, gümüş medal qazanan idmançı bunu rəqibinin təcrübəli olması ilə əlaqələndirib: “Qadın idmançılar üçün bu yarış bir şans idi. Özümüzü göstərməyə çalışdıq. Özüm finala qədər irəliləsəm də, təəssüf ki, sonda məğlub oldum. Çünki rəqibim çox güclü idi. Məğlubiyyətin səbəbi rəqibin güclü olması idi”.

 

Nəzakət Xəlilova tamaşaçı dəstəyindən razı qaldığını bildirib: “Tamaşaçılarımız bizə dəstək oldular. Onlara “sağ ol” deyirəm. Bizə güc verdilər, həvəsləndirdilər. Həyəcanlı olmağımıza baxmayaraq, onlardan ilham aldıq”.

0