SİZİN REKLAM BURADA

Bakı-2015: “Allah bizə qarşı rəhmlidi” - Yana Alekseyevna

“Bugünkü qarşılaşmamı ilk döyüşümlə müqayisə etsək, hər şeyi ağılla etmək üzərində qurulmuşdu. Çünki Rusiya idmançısı çox titullu boksçudu. Dünya və Avropa çempionudu”. Bunu apasport.az saytına Azərbaycan boksçusu Yana Alekseyevna deyib.

 

Bakı-2015 Avropa Oyunlarında 60 kq çəki dərəcəsində yarımfinala yüksələn idmançımız 1/4 final döyüşünü şərh edib.

 

Rusiyalı Zinayda Dobrininanı mübarizən kənarlaşdıran Alekseyevna bildirib ki, rəqibi hiyləgər taktika sayəsində məğlub edib: “O, çox layiqli rəqibdi. Ona görə də döyüşdə bir az daha hiyləgər tərpənmək lazım gəldi. Əlbəttə ki, hazırlıq da öz sözünü dedi. Bundan əlavə, azarkeşlər tərəfindən böyük dəstək var idi. Onların hamısına təşəkkür edirəm. İndi ilk növbədə yarımfinal döyüşü haqqında fikirləşməliyəm. İnşallah, qızıl medalı qazanmaq üçün də çalışacağıq”.

 

1/2 finalda Olimpiya çempionu, dörd dəfə dünya və beş dəfə Avropa çempionatının qalibi Keti Teylorla (İrlandiya) üz-üzə gələcək Yana məşqçisi olan atası ilə titullu rəqibini təhlil edib, ona da uyğun taktika seçəcəklərini açıqlayıb: “Məsələn, ilk döyüşdə fiziki cəhətdən dözümlü olmaq lazım idisə, ikincidə isə daha çox cəldlik, ayaqların cəld və aldadıcı hərəkəti tələb olunurdu. Biz buna görə bir-birimizdən küsmürük, hər dəfə də döyüşdən sonra bir-birimizi qucaqlayırıq. Artıq bacım da yarımfinaldadı (Anna Əlimərdanovanı nəzərdə tutur - red). Görünür, Allah bizə qarşı rəhmlidi. Mən heç kimi qiymətləndirməyə bilmərəm. Hətta məşqlər zamanı rəqibimə yuxarıdan aşağı baxmıram. Hər zaman axıra kimi diqqətli olmaq lazımdı. Bir an da belə arxayınlaşmaq olmaz. Bu, boksçuların qaydasıdı. Gərgin məşqlər keçmişik və bu səbəbdən də çempion olmalıyıq”.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10