[b]Bakı-2015: “Boks turnirinin təşkili və keçirilməsi ən yüksək qiymətə layiqdi”[/b]
25.06.2015 - 09:33
[b]Bakı-2015: “Boks turnirinin təşkili və keçirilməsi ən yüksək qiymətə layiqdi”[/b]

“Avropa Oyunlarının boks turnirinin təşkili və keçirilməsi ən yüksək qiymətə layiqdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna millisinin boksçusu Aleksandr Xijnyak deyib.

 

Bakı-2015 I Avropa Oyunlarının bürünc mükafatçısı yarış haqda  fikirlərini açıqlayıb: “Bakıda keçirilən Avropa Oyunlarında güclü boksçular çıxış edir. Onlar bir-birindən fərqlənməsi, müxtəlif döyüş üslublarına üstünlük verməsi də diqqət çəkir. Bu üzdən hər döyüşdə taktikanı dəyişmək, rəqibə öz döyüşümü diqtə etmək lazım olurdu. Yarımfinalda çox çalışdım. Lakin bu, idmandı. Bu dəfə alınmadı və 1:2 hesabı ilə uduzdum. Amma medal əyarından asılı olmayaraq, mükatatdı. Avropa Oyunlarının mükafatçısı olduğum üçün çox razıyam”.

 

Qeyd edək ki, 81 kq çəki dərəcəsində çıxış edən Xijnyak yarımfinalda italiyalı Valentino Mnafrendoniyaya uduzub.

 

 

0