Bakı-2015: [b]Elvin Məmişzadənin qələbə şərhi[/b]
25.06.2015 - 13:30
Bakı-2015: [b]Elvin Məmişzadənin qələbə şərhi[/b]

“Döyüş ağır keçdi. 2 raund bərabər idi, 3-cü raundda əzmkarlıq göstərərək, qələbə qazandım və finala yüksəldim”. Bunu apasport.az saytına Azərbaycanın boks millisinin üzvü Elvin Məmişzadə deyib.

 

Bakı-2015 I Avropa Oyunlarında 52 kq çəki dərəcəsində almaniyalı Hamza Tuba ilə görüşən idmançımız hər üç raundda 3:0 hesablı qələbə qazanaraq, finala adlayıb.

 

Boksçumuz hədəfinin qızıl medal qazanmaq olduğunu bildirib: “Çalışacağam finalda da bayrağımızı yüksəldim. Növbəti rəqibim italyan idmançısıdı. Onunla təlim-məşq toplanışında bir dəfə döyüşmüşük. Qələbə qazanacağıma ümid edirəm”.

 

Qeyd edək ki, Elvin Məmişzadə həlledici görüşdə sabah Viçenzo Rikardi (İtaliya) ilə qarşılaşacaq.

0