[b]“Özümə inanıram, qızıl medal qazanacağam” [/b]– Lorenzo Sotomayor
25.06.2015 - 14:06
[b]“Özümə inanıram, qızıl medal qazanacağam” [/b]– Lorenzo Sotomayor

“Qələbə qazandığım üçün çox sevinirəm. Artıq final görüşünü düşünürəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan boksçusu Lorenzo Sotomayor deyib.

 

64 kq çəki dərəcəsində mübarizə aparan idmançımız I Avropa Oyunlarında keçirdiyi 4-cü görüşdən də qalib ayrılıb. Ukraynalı Viktor Petrovla qarşılaşan Sotomayor hər 3 raundu aktivinə yazaraq, asan qələbə əldə edib.

 

Finalda italiyalı Vinçenzo Manqiakapre ilə üz-üzə gələcək Kuba əsilli idmançımız rəqibini tanımadığını bildirib: “Finaldakı rəqibimi tanımıram. Onunla heç vaxt qarşılaşmamışam. Ancaq mən özümə inanıram, qızıl medal qazanacağam”.

 

 

0