[b]“Avropa Oyunlarındakı qızıl medal ən ciddi uğurumdu”[/b] - FOTO
26.06.2015 - 09:23
[b]“Avropa Oyunlarındakı qızıl medal ən ciddi uğurumdu”[/b] - FOTO

“Avropa Oyunlarında ən yüksək nəticəyə köklənmişdim. Nailiyyətimdən razıyam. Avropa Oyunlarındakı medal karyeram ərzində ən ciddi uğurumdu. Buna qədər Rusiyanın gənclərdən ibarət birinciliyində ikinci olmuşdum”. Apasport.az saytı xəbər verir ki, bu sözləri I Avropa Oyunlarının qızıl mükafatçısı Bator Saqaluyev deyib.

 

49 kq çəki dərəcəsində birinci olan rusiyalı boksçu ölkəsinin Olimpiya Komitəsinin saytına açıqlamasında yarışla bağlı fikirlərini bölüşüb.

 

İrlandiyalı İrvin Brendanla final görüşü barədə danışan Saqaluyev digər döyüşlərini də dəyərləndirib: “Yarış müddətində özümü yaxşı hiss edirdim. Uzunmüddətli və ağır hazırlıq prosesi keçmişdim. İrlandiyalı və türkiyəli rəqiblərimlə görüşüm çətin keçdi. Ən asan döyüşümü isə macar idmançıya qarşı keçirdim. Finalda ilk iki raundda çətinliklə üzləşmədim. Praktiki olaraq, hər şey alındı. İkinci hissənin sonlarında çiynimdən zədələdim. Sol əlimi qaldıra bilmirdim. Axırıncı raundda mübarizə aparmaq, hərəkət etmək mənim üçün çətinləşdi. Sol qolumla zərbə vurmağa çalışdım, amma ağrı hiss etdiyim üçün bir qolla işləməli oldum. Həlledici hissədə hakimlər üstünlüyü rəqibə verdilər. Buna baxmayaraq, ilk iki raunddakı çıxışım qələbə üçün yetərli oldu”.

 

 

 

 

 

 

0