[b]Bakı-2015: Lorenzo Sotomayora qızıl medalı İlham Əliyev təqdim etdi[/b] - VİDEO
26.06.2015 - 19:11
[b]Bakı-2015: Lorenzo Sotomayora qızıl medalı İlham Əliyev təqdim etdi[/b] - VİDEO

Bakı-2015 I Avropa Oyunlarında Azərbaycana 17-ci qızıl medalı boksçumuz Lorenzo Sotomayor qazandırıb. Apasport.az saytının məlumatına görə, 64 kq çəki dərəcəsində döyüşən idmançımız həlledici görüşdə italiyalı Vinçenzo Manqiakapreyə qalib gəlib.

 

Nəticədə Sotomayor çempion olaraq, I Avropa Oyunlarının birincisi adına layiq görülüb.

 

Bu görüşü Azərbaycan Prezidenti İlham Əliyev və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da tribunadan izləyib.

 

Fəxri kürsüyə qalxan Sotomayora qızıl medalı ölkə başçısı İlham Əliyev təqdim edib.

 

Daha sonra himn sədaları altında dövlət bayrağımız dalğalanıb.

0