Bakı-2015: [b]“Qazandığım medallar əziyyətimin bəhrəsidi”[/b] - Albert Səlimov
27.06.2015 - 19:04
Bakı-2015: [b]“Qazandığım medallar əziyyətimin bəhrəsidi”[/b] - Albert Səlimov

“Rəqibimə fənn işlədərək qalib gəldim. Allahın köməkliyi ilə və digər tərəfdən güclü məşqlərin nəticəsində qələbə qazandım”. Bu sözləri apasport.az saytına boks üzrə Azərbaycan yığmasının üzvü Albert Səlimov deyib

 

Bakı-2015 I Avropa Oyunlarında 60 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz finalda fransalı Sofian Oumiya üzərində qələbə qazanaraq, qızıl medala layiq görülüb.

 

Səlimov Avropa Oyunlarında qazandığı qələbəni bu cür şərh edib: “Mənim hər qazandığım medal böyük əziyyət tələb edib. Hər bir medal üçün böyük güc sərf etmişəm. Ona görə də, qazandığım bütün medallar əziyyətimin bəhrəsidi. İlk Avropa Oyunlarının medalını əldə etmək çox önəmlidi. Özümə söz vermişdim ki, qızıl medal qazanacam və onu əldə etdim. Bir az dincələndən sonra məşqlərimə qayıdacam. Mənə dəstək olan hər bir şəxsə dərin təşəkkürümü bildirirəm”.

 

Qeyd edək ki, boks üzrə Azərbaycan yığması I Avropa Oyunlarını 6 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.

0