Yana Alekseyevna: Olimpiadadan Azərbaycana medal gətirməliyəm - VİDEO
27.06.2015 - 19:56
Yana Alekseyevna: Olimpiadadan Azərbaycana medal gətirməliyəm - VİDEO

"Yarımfinalda döyüşüm həm psixoloji, həm taktiki baxımdan çox ağır keçdi. Əlbəttə ki rəqibimin də fərqli taktikası vardı. Qalib gəlmək üçün əlimdən gələni etdim". APA TV-nin məlumatına görə, bu açıqlamanı Avropa Oyunlarının bürünc mükafatçısı, qadın boksçumuz Yana Alekseyevna deyib.

 

O bürünc medal qazanmasına rəğmən Avropa Oyunlarında əminliklə çıxış etdiyini vurğulayıb:

 

"Əsas odur ki, Avropa Oyunlarında əminliklə çıxış etdim. Yarımfinalda uduzsam da, bu yarışlar məni Rio Olimpiadasına bir addım da yaxınlaşdırdı. İnşallah, Olimpiadada Azərbaycan bayrağını qaldırmaq mənə nəsib olar. Buna çalışacağam".

 

Yana Alekseyevna növbəti planlarını da açıqlayıb: "İlk planım istirahət etməkdir. Çoxlu istirahət edəcəyəm. Sonra gücümü bərpa etməliyəm. Sonra isə məşqlərə başlayıb, növbəti qələbələrə hazırlaşacağam. Olimpiya Oyunlarına lisenziya qazanmalı və Azərbaycana medal gətirməliyəm. O Azərbaycana ki, mənim üçün çox şey  edib".  

 

0