[b]Avropanın ən zəif çempionları üz-üzə gəldi, 3 oyunda 3 qol vuruldu[/b] - YENİLƏNİB
01.07.2015 - 00:43
[b]Avropanın ən zəif çempionları üz-üzə gəldi, 3 oyunda 3 qol vuruldu[/b] - YENİLƏNİB

Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın azad olduğu mərhələnin ilk 3 qarşılaşması keçirilib.

 

Qitənin ən nüfuzlu klub turniri iki zəif komandanın – “Pünik”lə “Folqor”un matçı ilə start götüüb. Ermənilər öz meydanında 2:1 hesablı qələbə qazanıblar.

 

Bu qarşılaşma başa çatandan sonra “Linkoln” və “Santa Koloma” üz-üzə gəlib. Oyunda hesab açılmayıb.

 

Günün son matçı isə Böyük Britaniyada baş tutacaq. “Kruzaders”lə “Levadiya”nın qarşılaşmasında da qol olmayıb.

 

Qeyd edək ki, sbu gün ilk oyunlar çərçivəsində B-36 (Farer adaları) - TNS (Uels) görüşü keçiriləcək.

 

Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

 

 

“Pünik” (Ermənistan) -  “Folqor” (San-Marino) - 2:1

Qollar: Satumyan, 45+2, Romero, 48 - Hirsx, 71

 

“Linkoln” (Cəbəllütariq) - “Santa Koloma” (Andorra) - 0:0

 

“Kruzaders” (Şimali İrlandiya) - “Levadiya” (Estoniya) - 0:0

 

0