“Antalyaspor” daha bir ulduz futbolçu alır
01.07.2015 - 12:35
“Antalyaspor” daha bir ulduz futbolçu alır

Samuel Etonun keçidini həll edən, Ronaldinyonun da razılığını aldığı bildirilən Türkiyənin “Antalyaspor” klubu daha bir ulduz futbolçu ilə danışıqlara başlayıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Superliqa klubunun növbəti hədəfi David Vilyadı.

 

Türklər İspaniya yığmasının və “Barselona”nın sabiq hücumçusunu heyətinə qatmaqda israrlıdı. Hazırda ABŞ-ın “Nyu-York Siti” klubunda çıxış edən 34 yaşlı forvard hələlik qarşı tərəfə cavab verməyib.

 

Bununla belə, “Antalyaspor” rəhbərliyi Vilyanın “hə” deyəcəyinə inanır. Klub rəhbərliyi türkiyəli futbolsevərləri növbəti “transfer bombası”na hazır olmağa çağırıb.

 

Qeyd edək ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin də “Antalyaspor”un transfer siyahısında yer aldığı haqda xəbərlər dolaşır. 

0