[b]Reytinq açıqlandı: Yığmamızın liderləri mövqelərini yaxşılaşdırdılar[/b]
01.07.2015 - 17:15
[b]Reytinq açıqlandı: Yığmamızın liderləri mövqelərini yaxşılaşdırdılar[/b]

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, iyul üçün müəyyənləşən “Top-100”də 2 həmyerlilərimiz yer alıb.

 

Belə ki, müəyyən fasilədən sonra Teymur Rəcəbov “20-liyə” qayıdıb. Ötən ayla müqayisədə 3 pillə irəliləyən qrossmeysterimiz 19-cu yerə yüksəlib. Onun aktivində yenə 2738 xalı var.

 

Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov da irəliləyib. Qrossmeysterimiz 23-cü pilləni 22-yə dəyişib. O, 2735 reytinq xalına malikdi.

 

Qeyd edək ki, qadınların cədvəlində isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.

0