[b]Rəhman Hacıyev: Qələbə qazanmağa çalışacağıq[/b]
01.07.2015 - 19:10
[b]Rəhman Hacıyev: Qələbə qazanmağa çalışacağıq[/b]

“Neftçi” Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında evdə “Mladost”u (Çernoqoriya) qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, bu gün görüşün baş tutacağı “Bakcell Arena”da həmin oyun üçün mətbuat konfransı keçirilib.


Jurnalistlərin suallarını cavablandıran “Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev sabah keçiriləcək oyunla bağlı bu sözləri deyib: 

 

“Komandada çox dəyişiklər olub. Hər şeyə sıfırdan başladıq. Sabahkı oyun vacibdi. Bu oyuna ciddi hazırlaşmışıq. Meydana çıxıb qələbə qazanmağa çalışacağıq”.

0