“Bursaspor” Premyer Liqadan oyunçu transfer etdi
01.07.2015 - 21:14
“Bursaspor” Premyer Liqadan oyunçu transfer etdi

“Bursaspor” Moskvanın ÇSKA klubunun hücumçusu Tomaş Neçidlə anlaşıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, çexiyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

 

Oyunçunun sabah tibbi baxışdan keçəcəyi gözlənilir.

 

Qeyd edək ki, 25 yaşlı hücumçu son mövsümü icarə əsasında Hollandiya klubu “Zvolle”də keçirib. O, bu komanda ilə meydana çıxdığı 26 oyunda 12 qol vurub.

0