[b]“Qəbələ” Tiflisdən məğlub qayıdır[/b] - YENİLƏNİB
02.07.2015 - 21:43
[b]“Qəbələ” Tiflisdən məğlub qayıdır[/b] - YENİLƏNİB

“Qəbələ” 2015/16 mövsümündə ilk matçını bu gün keçirib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının bürünc mükafatçısı yeni mövsümə Avropa Liqasının I təsnifat mərhələsindən başlayıb.

 

Əyalət klubu bu mərhələnin ilk oyununu Gürcüstanın ən adlı-sanlı klubu “Dinamo”ya qarşı keçirib. Postsovet məkanında avrokubok qazanan ikinci klub kimi tarixə düşən Tiflis təmsilçisi ilə qarşılaşma “Qəbələ” üçün 2-ci qitə miqyaslı sınaq idi.

 

İlk hissə gərgin mübarizə şəraitində keçsə də komandalar fərqlənə bilməyiblər. İkinci hissədə isə "Dinamo" azlıqda qalıb. Qvelesiani 51-ci dəqiqədə kobud oyuna görə meydandan qovulub.

 

Buna baxmayaraq hesabı açan tərəf də meydan sahibləri olub. Ciqauri 65-ci dəqiqədə fərqlənib.

 

74-cü dəqiqədə Cavid Hüseynov möhtəşəm zərbə ilə matçdakı tarazlığı bərpa edib - 1:1.

 

Ancaq ev sahibləri 84-cü dəqiqədə Papunaşvili ilə qələbə qolunu vura biliblər.

 

Avropa Liqası I təsnifat mərhələsi, ilk oyun

 

 

“Dinamo” (Tiflis, Gürcüstan) – “Qəbələ” (Azərbaycan) - 2:1

Qollar: Ciqauri, 65, Papunaşvili, 84 - Cavid Hüseynov, 74

Qırmızı vərəqə: Qvelesiani, 51

 

Hakimlər: Roi Reynşreyber, David Elias Biton, İdan Yarkoni, Zvi Levi (hamısı İsrail)

 

“Dinamo”: Libor Qridliçka, Laşa Totadze, Arçil Tvildiani, Giorgi Qvelesiani, Zaza Çelidze, Mate Çinçadze, Giorgi Papunaşvili, Şulaya, Cambul Ciqauri, Vaxtanq Çanturişvili, Giorgi Kvilitaya

Ehtiyat oyunçular: Giorgi Beqaşvili, Giorgi Quruli, Rene Santos, Laşa Parunaşvili, Saba Lobjanidze, Baçana Arabuli, Aleksandr İaşvili

Baş məşqçi: Giya Gegugadze

 

“Qəbələ”: Dmitri Bezotosnı, Vitali Vernidub, Rikardinyo, Arif Daşdəmirov, Ürfan Abbasov, Rafael Santos, George Floresku, Cavid Hüseynov, Aleksey Qay, Sergey Zenyov, Aleksey Antonov

Ehtiyat oyunçular: Andrey Popoviç, Voyislav Stankoviç, Məhəmməd Mirzəbəyov, Rəşad Sadiqov, Asif Məmmədov, Samir Zərgərov, Dodo

Baş məşqçi: Roman Qriqorçuk

 

Tiflis. Boris Payçadze adına “Dinamo Arena”

0