[b]Arda Turan “Barselona”da![/b]
02.07.2015 - 00:13
[b]Arda Turan “Barselona”da![/b]

Türkiyə milli komandasının futbolçusu Arda Turan “Barselona” ilə anlaşıb. Apasport.az saytının “eurosport”a istinadən məlumatına görə, müqaviləsində 41 milyon avroya sərbəst qalma bəndi olan türk futbolçu üçün katalonlar 35 milyon avro ödəyəcək.

 

İspan mediası iddi edir ki, Arda ilə “Barselona” arasında 5 illik müqavilə imzalanacaq.

 

FİFA tərəfindən qoyulan transfer cəzası səbəbindən yeni transferlərini yanvara qədər rəsmi oyunlarda oynada bilməyəcək olan “Barselona” Arda Turanı böyük ehtimalla klubun B komandasında oynadacaq.

 

Ancaq “Marca” qəzeti iddia edir ki, türk yarımmüdafiəçinin “Qalatasaray”a yarım mövsümlük icarəyə verilmə variantı da var.

0