[b]“Qarabağ” 2-ci yoxlama oyununda da məğlub oldu[/b] - YENİLƏNİB
03.07.2015 - 21:40
[b]“Qarabağ” 2-ci yoxlama oyununda da məğlub oldu[/b] - YENİLƏNİB

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ikinci yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, ilk qarşılaşmada yerli “Horn”a 3:4 hesabı ilə uduzan Ağdam təmsilçisi Rumıniya çempionu "Styaua" ilə üz-üzə gəlib.

 

Azərbaycan və Rumıniya çempionlarının oyununu “Qarabağ”ın düşərgəsində olan yığmamızın baş məşqçisi Robert Prosineçki də canlı izləyib.

 

Matç, ağdamlıların 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Qurban Qurbanovun komandasında 6-cı dəqiqədə Reynaldo və 84-cü dəqiqədə Namiq Ələskərov fərqlənib.

 

Yoxlam oyunu

 

“Qarabağ” - "Styaua" - 2:3

Qollar: Reynaldo, 6, Namiq Ələskərov, 84 - Stanciu, 2, Tudorie, 57, 90

 

“Qarabağ”: İbrahim Şehiç, Bədavi Hüseynov, Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadıqov, Ansi Aqolli, Cavid Tağıyev, Reynaldo, Dani Quintana, Riçard Almeyda, Elvin Məmmədov

 

 

Qeyd edək ki, “Qarabağ” iyulun 7-də "Lokomotiv"lə (Moskva, Rusiya) qarşılaşacaq. Komanda iyulun 15-də Çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar"ı (Monteneqro) qəbul edəcək.

 

0