“Monako” “Çelsi”nin futbolçusunu transfer etdi
03.07.2015 - 23:28
“Monako” “Çelsi”nin futbolçusunu transfer etdi

Fransanın “Monako” klubu “Çelsi”nin yarımmüdafiəçisi Mario Paşaliçi transfer edib. Apasport.az saytının məlumatına görə, bu barədə klubun rəsmi saytından məlumat verilib.

 

Belə ki, müqavilə ilə “Çelsi”yə məxsus olan Paşaliç ötən mövsüm icarə əsasında "Elçe"də çıxış edib. Futbolçu növbəti mövsümün sonuna kimi Fransa təmsilçisinə icarəyə verilib.

 

Qeyd edək ki, xorvatiyalı futbolçu “Hayduk”dan İngiltərə nəhənginə transfer olunub.

0