[b]“Qalibin adını Podqoritsadakı oyun bəlli edəcək”[/b] – Bakıda qol vuran futbolçu
04.07.2015 - 11:26
[b]“Qalibin adını Podqoritsadakı oyun bəlli edəcək”[/b] – Bakıda qol vuran futbolçu

“Neftçi” ilə ilk oyun, həqiqətən də, çətin keçdi. Yüksək temp, ağıllı taktiki mübarizənin getdiyi görüş oldu”. Apasport.az Monteneqronun vijesti.me saytına istinadən xəbər verir ki, bu sözləri “Mladost” klubunun futbolçusu Duşan Laqator deyib.

 

Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində Bakıda “Neftçi” ilə 2:2 hesablı heç-heçə edən “Mladost” növbəti mərhələyə adlamaq şansını artırıb.

 

İlk görüşdə komandasının birinci qoluna imza atan Laqator ölkəsinin mətbuatına açıqlamasında ehtiyatlı danışıb. O, “Neftçi”nin çətin rəqib olduğunu bildirib: “Neftçi” gənclər və təcrübəli futbolçuların vəhdətindən yaranmış, yaxşı komandadı. Düşünürəm ki, səfərdə yaxşı nəticəyə imza atdıq. Buna baxmayaraq, bizi çətin cavab matçı gözləyir. Məhz Podqoritsadakı qarşılaşma qalibin adını bəlli edəcək. İşimiz asan olmasa da, komandama inanıram”.

 

Bakıdakı görüşdə zədələnən Laqatorun cavab matçında iştirak edib-etməyəcəyi hələ dəqiqləşməyib: “Təkrar tibbi müayinədən keçəcəm və “Neftçi”yə qarşı cavab görüşündə də meydana çıxıb-çıxmayacağım bilinəcək. Zədələndiyim üçün Bakıdakı oyunu sona qədər davam etdirə bilmədim”. 

0