Xanımı İstanbulu bəyəndi, Robin van Persi “Fənərbaxça”ya “hə” dedi
04.07.2015 - 18:55
Xanımı İstanbulu bəyəndi, Robin van Persi “Fənərbaxça”ya “hə” dedi

İstanbulun “Fənərbaxça” klubu hollandiyalı hücumçu Robin van Persi ilə anlaşıb. Apasport.az saytının İngiltərənin nüfuzlu “The Guardian” nəşrinə istinadən məlumatına görə, 31 yaşlı hücumçu “sarı bülbüllər”lə 4 illik müqavilə imzalayacaq.

 Ulduz futbolçunun menecerinin uzun müddətdi İstanbulda olduğu və klub təmsilçiləri ilə danışıqlar apardığı deyilirdi.

 Məlumatlı mənbənin iddiasına görə, bu transferdə “fənər”in keçmiş futbolçusu Dirk Kuytun və van Persinin həyat yoldaşının böyük təsiri olub. Belə ki, bir həftə öncə İstanbula gələrək şəhəri gəzən xanım van Persi həyat yoldaşının Türkiyədə oynamasına razılıq verib.

0