“Əgər klublar şəffaflıq prinsiplərinə hörmət etsəydilər, “İnter” gərək aşağı diviziona göndəriləydi”
05.07.2015 - 18:10
“Əgər klublar şəffaflıq prinsiplərinə hörmət etsəydilər, “İnter” gərək aşağı diviziona göndəriləydi”

Muhammed Salah uğrunda mübarizə iki italiya klubu – “İnter”lə “Fiorentina”nı düşmənçilik həddinə gətirib. Apasport.az saytının “Football İtalia”ya istinadən məlumatına görə, florensiya klubunun vitse-prezidenti Paolo Paneray “tvitter” paylaşımında “İnter”i etik və maliyyə kodekslərini pozmaqda ittiham edib:

 

“Əgər klublar şəffaflıq prinsiplərinə hörmət etsəydilər, “İnter” gərək aşağı diviziona göndəriləydi. Salah artıq son damcı oldu. Platini də yaxşı bilir ki, “İnter” istər maliyyə, istərsə də etik cəhətdən heç bir prinsip tanımır. Həm Salah, həm də digər futbolçularla bağlı milyonluq işlərdə onlar buna yol verirlər”.

 

Klub rəsmi olaraq milanlılara xəbərdarlıq edib ki, əgər onlar Salahdan əl çəkməsələr məhkəməyə müraciət edəcəklər.

 

Hadisənin əsli isə bir qədər fərqlidi. Belə ki, Misir yığmasının üzvü ötən mövsümün ikinci yarısını icarə əsasında “bənövşəyi”lərin heyətində keçirib. “Fiorentina” rəhbərliyi isə futbolçunun razılığını almadan mənsub olduğu “Çelsi” ilə ivarə müqaviləsini daha bir illiyə uzadıb.

 

Oyunçu isə florensiyalıların düşərgəsinə qatılmaqdan imtina edib, daha sərfəli təklif irəli sürən “İnter”lə anlaşmaq istəyir.

 

Salah düşünür ki, onun icarə əsasında istəmədiyi komandada oynamamaq hüququ var.

 

İtaliya mətbuatı iddia edir ki, “Fiorentina” yaxın günlərdə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

0