Argentinalı futbolçu üçün 35 milyon tələb olunur
06.07.2015 - 00:52
Argentinalı futbolçu üçün 35 milyon tələb olunur

“Latsio”nun və Argentina millisinin yarımmüdafiəçisi Lukas Bilya yayda klubundan ayrıla bilər.Apasport.az saytının məlumatına görə, bu barədə xəbəri İtaliya mətbuat yayıb.

 

İtalyan həmkarlarımız “Latsio”nun argentinalı yarımmüdafiəçi üçün 35 milyon avro tələb edəcəyini yazıb.

 

Maraqlıdı ki, futbolçu 2013-cü ildə “Latsio”ya “Anderlext”dən cəmi 8,4 milyon avro qarşılığında transfer edilmişdi.

 

Bilyanın romalılarla müqavilə müddəti 2018-ci ilin yayında başa çatacaq.

 

Futbolçunun transferində maraqlı olan əsas klub “Mançester Yunayted”di.

0