[b]Millimiz rəqiblərindən öndə[/b]
06.07.2015 - 09:14
[b]Millimiz rəqiblərindən öndə[/b]

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, hesabat dövründə heç bir oyun keçirməyən Azərbaycan millisi ötən siyahı ilə müqayisədə mövqeyini qoruyub.

 

Belə ki, Faustino Peresin yetirmələri dünyanın 14-cü komandasıdı. Yığmamızın hesabında 1354 xal var.

 

AVRO-2016-nın pley-off mərhələsində yığmamızın rəqibi olan Slovakiya 1219 xalla siyahının 23-cü pilləsində yer alıb. DÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərimizdən Xorvatiya və Belarus da ən güclü 25 komanda arasında yer alıblar. Balkanlılar 1340 xalla dünyanın 15-ci komandasıdı. Belaruslular isə 1230 xalla 22-ci pillədə yer alıb.

 

Qeyd edək ki, cədvələ İspaniya başçılıq edir – 1922 xal. Braziliyanın 1910 xalla 2-ci olduğu reytinqin 3-cü pilləsində Rusiya yer alıb – 1746 xal.

 

Dünyanın ən güclü 20 millisi

1. İspaniya - 1922

2. Braziliya - 1910

3. Rusiya – 1746

4. İtaliya - 1721

5. Argentina – 1674

6. İran - 1611

7. Portuqaliya - 1596

8. Ukrayna – 1494

9. Kolumbiya - 1415

10. Çexiya - 1412

11. Yaponiya – 1403

12. Paraqvay - 1384

13. Sloveniya – 1360

14. AZƏRBAYCAN – 1354

15. Xorvatiya - 1340

16. Rumıniya - 1335

17. Serbiya - 1318

18. Tailand - 1295

19. Özbəkistan - 1272

20. Qazaxıstan - 1260

 

 

0