[b]Xorvatiyalı futbolçu “İnter”də![/b]
06.07.2015 - 09:30
[b]Xorvatiyalı futbolçu “İnter”də![/b]

Avropa Liqasında “Laçi” ilə cavab görüşünə hazırlaşan “İnter” digər tərəfdən də transfer çalışmalarını davam etdirir. Apasport.az saytının məlumatına görə, “bankirlər” daha bir oyunçu ilə gücləniblər.

 

Yay fasiləsində Yuri Fomenko, Rauf Əliyev, Mirhüseyn Seyidov, Denis Silva, Laşa Kasradze, Xuan Fransisko, Nika Kvekveskiri, Tural Qürbətov, Zurab Xizanişvili və Elnur Abdullayevi heyətinə qatan “İnter” daha bir tanış simanı transfer edib. Söhbət ötən mövsümü “Simurq”da keçirən Stepan Polyakdan gedir.

 

Klubun meneceri Aleksey Barvinski saytımıza açıqlamasında hazırda düşərgədə olan xorvatiyalı yarımmüdafiəçi ilə anlaşdıqlarını bildirib. Onun sözlərinə görə, 32 yaşlı oyunçu yeni komandası ilə 6 aylıq müqavilə imzalayacaq.

 

Qeyd edək ki, Stepan Polyak “Simurq”un heyətində Topaz Premyer Liqasında 86 oyun keçirib, 11 qola imza atıb. O, ötən mövsümdə 23 görüşdə iştirak edib.

 

Ruslan SADIQOV

0