"Şemrok Rovers" mərhələni 3 qolla keçdi - YENİLƏNİB
08.07.2015 - 00:52
"Şemrok Rovers" mərhələni 3 qolla keçdi - YENİLƏNİB

Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, günün yeganə qarşılaşması İrlandiyada baş tutub.

 

“Şemrok Rovers” Lüksemburq təmsilçisi “Proqres”lə qarşılaşıb. İlk oyunda qolsuz heç-heçəylə  kifayətlənən rəqiblər meydana mərhələ adlamaq üçün çıxmışdılar.

 

Ev sahibləri "Şemrok Rovers" 3:0 hesablı qələbə qazanıb və II təsnifat mərhələsində “Odd Qrenland” (Norveç) – “Şerif” (Moldova) cütünün güclü ilə üz-üzə gələcək.

 

Avropa Liqası

I təsnifat mərhələsi, cavab oyunları

 

“Şemrok Rovers” (İrlandiya) - “Proqres” (Lüksemburq) - 3:0

Qollar: Vebster, 21, Vaters, 41, 57

İlk oyun – 0:0

 

0