Avropa Superkubokunun hakimi bəlli oldu
07.07.2015 - 15:19
Avropa Superkubokunun hakimi bəlli oldu

UEFA Superkubokunu idarə edəcək hakimlər briqadası müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, “Barselona” və “Sevilya” arasında keçiriləcək görüş şotlandiyalı referiyə həvalə edilib.

 

Çempionlar Liqası və Avropa Liqası çempionlarının duelində Uilyam Kollum fit çalacaq. Ona həmyerlisi Frensis Konnor və irlandiyalı laysman Damyen Maqret yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə şotlandiyalı Qrem Çembers icra edəcək.

 

Qeyd edək ki, “Barselona” – “Sevilya” matçı avqustun 11-də Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək. 

0