AS: Arda “Qalatasaray”a göndəriləcək
07.07.2015 - 18:56
AS: Arda “Qalatasaray”a göndəriləcək

“Barselona”ya transferi Avropada ajiotajla müşahidə olunan Arda Turan haqqında İspaniya mətbuatında yeni iddialar meydana çıxıb. Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, ulduz futbolçu ilk peşəkar klubu “Qlatasaray”a icarəyə verilə bilər.

 

Belə ki, kataloniyalıların transferlə bağlı cəzası olduğu üçün türk futbolçu yeni klubunda ən yaxşı halda yanvar ayında meydana çıxa biləcək.

 

Bu müddətdə oyun praktikası baxımından əziyyət çəkməməsi üçün Arda 6 ay müddətə “Qalatasaray”a icarəyə veriləcək.

 

Mənbə iddia edir ki, icarə müqaviləsinə xüsusi bənd də əlavə olunacaq ki, bu müddəaya görə, türklər futbolçunun xidmətindən Çempionlar Liqası matçlarında istifadə etməsinlər.

 

Hələlik məsələnin rəsmiləşməsi üçün tərəflər “Barselona”dakı prezident seçkilərinin hansı nəticə ilə bitəcəyini gözləyirlər.

0