“İnter” İspaniyaya nə vaxt gedəcək?
27.07.2015 - 16:09
“İnter” İspaniyaya nə vaxt gedəcək?

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Atletik”in qonağı olacaq Bakı “İnter”inin İspaniyaya gedəcəyi tarix müəyyənləşib. Apasport.az saytına klubun mətbuat xidmətindən verilən məlumata görə, “bankirlər” sabah, səhər saatlarında yola düşəcəklər.

 

Paytaxt klubu İspaniyaya çarter reysi ilə yollanacaq. “İnter” Bakıdan birbaşa Bilbao şəhərinə gedəcək.

 

Heyətlə bağlı problemi olmayan bakılılar İspaniyaya itkisiz yollanacaqlar.

 

Qeyd edək ki, iyulun 30-da “San Mames” stadionunda keçiriləcək “Atletik” – “İnter” matçı Bakı vaxtı ilə 23:45-də start götürəcək. 

0