“Qalatasaray”ın futbolçusu “Çelsi” yolunda
28.07.2015 - 10:37
“Qalatasaray”ın futbolçusu “Çelsi” yolunda

“Qalatasaray”ın müdafiəçisi Aleks Telles karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, “Çelsi” braziliyalı futbolçu ilə danışıq aparır.

 

“Zadəganlar” Telleslə danışıqları müsbət nəticələndirmək üzrədilər. “İnter” və “Yuventus”un da maraq dairəsində olan “Qalatasaray”lının İngiltərəyə köçmək ehtimalı yüksək dəyərləndirilir.

 

İstedadlı futbolçunun adı bir müddət öncə PSJ ilə də birgə hallanırdı.

 

Qeyd edək ki, Telles Türkiyə çempionatının ötən mövsümündə 22 oyun keçirib. 

0