[b]“Onları 90 dəqiqə yanımızda görmək istəyirik” - FOTO[/b]
28.07.2015 - 16:00
[b]“Onları 90 dəqiqə yanımızda görmək istəyirik” - FOTO[/b]

“Qəbələ” ilə oyunumuz çox çətin olacaq. Qarşılaşmanın doğma stadionda keçirməməyimiz də lehimizə deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Kiprin “Apollon” klubunun baş məşqçisi Pedro Emanuel deyib.

 

Portuqaliyalı mütəxəssis Avropa Liqasının III təsnifat mərhələsinin “Qəbələ” ilə iyulun 30-da keçiriləcək ilk oyunu öncəsi Larnakadakı futbol azarkeşlərinə müraciət edib. O, ev oyununu başqa şəhərdə keçirdikləri üçün komandalarını dəstəkləməyə çağırıb: “Görüşü Limasol deyil, Larnakada keçirəcəyik. Bu üzdən komandamızın bütün dostlarından kömək istəyirəm. Onlardan xahiş edirəm ki, “Qəbələ” ilə qarşılaşmaya gəlib, bizi dəstəkləsinlər. Onları 90 dəqiqə yanımızda görmək istəyirik. Onların səslərini eşitməyimiz lazımdı. Bizim özümüzü doğma meydandakı kimi hiss etməyimiz çox vacibdi”.

 

Qeyd edək ki, iyulun 30-da keçiriləcək “Apollon” – “Qəbələ” qarşılaşması “Antonis Papadopulos” stadionunda baş tutacaq.

0