“İnter”in Bilbao siftəsi
29.07.2015 - 08:27
“İnter”in Bilbao siftəsi

UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində İspaniyanın “Atletik” klubu ilə qarşılaşacaq “İnter” Bilbaoda ilk məşqinə çıxıb. Apasport.az saytının məlumatına görə, “Silken İndautxu” otelində məskunlaşan komanda dünən 1 məşqlə kifayətlənib.

 

Zaur Svanadze yetirmələrini çox yükləməyib. Bakı təmsilçisinin açıq məşqi isə bu günə təsadüf edəcək.

 

Qeyd edək ki, “Atletik” – “Bilbao” görüşü sabah olacaq.

0